Azərbaycan millisinin baş məşqçi postundan istefa verən Qurban Qurbanov brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis istefa qərarından danışıb...
- Açığı, İcraiyyə Komitəsinin (İK) iclasında az iştirak etdim. çünki məsələm çox müzakirə olunurdu. Ona görə kənarda durmalı idim, məsələm həll olunurdu. Necə ki təyin olunanda xeyli qıraqda qalmışdım. Bu gün milli ilə yollarımızı ayıdıq. Dedilər ki, həm millidə, həm də klubda qalmağın səhv addım idi. Düşünmək olardı ki, iki yerdə çalışmaq fayda verərdi. Ancaq görünən odur ki, bunun o qədər də faydası olmadı. Beləcə yollarımızı ayırdıq. İK üzvlərinin hər birinə təşəkkür etdim ki, bu 1 ildə millidə oldum, işimizi vicdanla yerinə yetirməyə çalışdıq. Futbolda nəticələr alına da bilər, alınmaya da. Əlbəttə, uzun müddətli proqram əsasında çalışmaq danışığımız olmuşdu. Ancaq hər bir halda, işimiz elədir ki, nə qədər uzun müddətə müqavilə bağlasaq da, çemodanımız yanımızda olmalıdır. Çünki fikirlər dəyişə, üst-üstə düşməyə bilər. İK üzvlərinin hər birinə uğurlar arzuladım.
- Bəs aşağı yaş qruplarındakı baş məşqçilər necə olacaq?
- Hələ dünəndən məlumat verilmişdi ki, hamı istefaya göndəriləcək. Həmin müzakirə hissəsində mən olmadım. Sonra iclasa daxil oldum, onda Hakimlər Komitəsinin tərkibi müzakirə olunurdu. Məşqim olduğu üçün 10-15 dəqiqə oturdum və çıxdım.
- Nəzərdə tutulan proqramla qalsaydınız, millini yeni mərhələyə çıxa bilərdinizmi?
- İndi hər hansı fikir bildirməyim düzgün olmazdı ki, qalsaydım, belə olardı, ya yox... Artıq yollarımızı ayırmışıq. Ümumiyyətlə, kollektiv oyunda təməli möhkəm etməlisən ki, sonra nəticə olsun.
- Düşünmürsünüz ki, "sıfırdan başlamılıq" fikrinizi ifadə edəndən sonra sizə qarşı münasibət dəyişdi...
- Yox, inanmıram. Bu gün da deyirəm ki, həqiqətən sıfırdan başlamalıyıq. Ümumiyyətlə, bu gün futbolumuzun çatışmayan cəhətləri çoxdur. Hələ ki fakt budur.
- Hər halda, 6 illik müqavilənin qarşılığında müəyyən plan irəli sürmüşüdünüz. Niyə buna imkan vermədilər?
- Onlara 6 illik plan verməmişdik. Bu, elə bir şeydir ki, mərhələ-mərhələ bunu etməliyik. Sonda belə oldu.
- Düşünmürsünüzmü ki, üzərinizdən böyük bir yük qalxdı?
- Bilmirəm, ola bilər. Mənə sual verilmişdi ki, iki yerdə işləyəndə necə etmək olar? Özüm "Qarabağ"la millini bir-birindən ayırmamışdım. Hər biri böyük məsuliyyət tələb edir və ikisində də çox vicdanla çalışmalıyıq. Bunu etdim, rahatam. Belə işlərdə daha diqqətli olmalıyıq.
- Azərbaycan məşqçiləri arasında uğurlarınıza görə ən elitada siz idiniz. Onda belə çıxır ki, yaxın bir neçə ildə millinin "sükanı arxası"nda yerli mütəxəsssis gözləməyək?
- Bilmirəm ki, bu sualı mənə vermək olar, ya yox.
- Artıq millidən getmisiniz və kənardan baxırsınız...
- Gənc məşqçilərimiz gəlir və hələ ki məsələni AFFA-nın üzərinə buraxmaq lazımdır. Dəfərlərlə demişəm ki, cavabdeh AFFA-dır və daha düzgününü axtarıb tapacaqlar.
- Düşünmürüsünüz ki, sizə qarşı haqsızlıq oldu?
- Ümumiyyətlə heç vaxt bu cür fikirdə olmamışam. Dəfələrlə belə təcrübənin şahidi olmuşuq.
- İclasa gələndə, artıq bilirdinimiz ki, milli ilə vidalaşaqsınız?
- Bilməsəm də, belə deyək, bilən kimi idim.
- Qurban Qurbanov millidən göndərildi, yoxsa özü getdi?
- Qarşılıqlı oldu. İK üzvləri belə qərara gəldilər ki, iki yerdə işləməklə bağlı səhv addım atıblar. Gördük ki, çətindir.
- Yəqin, düşünmüsünüz ki, nəyi düz, nəyi səhv etdiniz. Qalsaydınız, nəyi aradan qaldırmaq istərdiniz ki, məhz bu səhvə görə işiniz düz getmədi?
- Gəlin, "qalsaydıq" deyə düşünməyək. Ancaq olduğum müddətdə hər şeyi düzgün etməyə çalışdım. Əlbəttə, düşüncələrim belədir ki, nəticə olsun. Bəlkə bilmədən, düşünmədən hər hansı səhvə yol verə bilərik. Ancaq inanın ki, hər şeyi düz etməyə çalışdım.
- Millidə oldunuz 1 ildə ilk dəfə müzakirə bu qədər uzun müddət, sizsiz oldu və sizsiz qərar verildi. Düşünmürsünüz ki, reqlament pozulub?
- Yox, belə düşünmürəm. Milliyə təyin olunduğum zaman da İK üzvləri bildiyim qədər fikirlərini baş məşqçidən gizli bildirirlər. Təyin olunanda da belə olmuşdu. Buna normal baxıram. Məncə, İK-da fikirlərimə artıq ehtiyac yox idi.
- Millinin baş məşqçiləri arasında ən az vaxt sizə verildi. Bu haqda nə düşünürsünüz?
- Normal baxıram. Heç bir əlavə fikir söyləmək itsəmirəm. Hamıya uğurlar arzulayaraq iclasdan çıxdım. Futbol elə bir idman növüdür ki, burada 1 aydan sonra da hər hansı istefa gözlənilə bilər. Daim müzakirə gedir, fikirlər üst-üstə düşməyə bilər. Düşüncələrin hardasa rəhbərliyi qane etməyə bilər və ya yaxud əksinə. Bəlkə tez də ola bilərdi.
- Necə düşünürsünüz, kimsə təyin olsa, inkişaf olacaqmı?
- İnkişaf istəyiriksə, mütləq təkliflər, dəyişikliklər olmalıdır. Bu, olunacaq ya yox, indi deyə bilmərəm. Eləcə də hansı səviyyədə olacaq. Ancaq mütləq dəyişiklər, daha yaxşı təkliflər olmalıdır (Sport24.az).