1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "Bu tempi qorumalıyıq"
"Çempionatın son oyunu idi. İstəyirdik xalla ayrılaq. Futbolçularımız əzmkarlıq göstərdilər. Son oyunlarda futbolçulardan razıyam. Məşqdəki performansı oyunklarda da nümayiş etdirirlər. Doğrudu, qarşıda hələ 2 dövrə var. Bu tempi qorumalıyıq. Fasilədə çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. "Neftçi”ni təhlil etmişdik. İlk dəqiqələrdə qol epizodlarından fərqlənə bilərdik. Hər halda, futbolda hər şey olur".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Topaz Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib. 37 yaşlı mütəxəssis son dəqiqələrdə müdafiəyə çəkilmələrini belə izah edib: "Əvvəl 4 müdafiəçi ilə oynayırdıq. Sonra Arif Daşdəmirovu da döyüşə atdıq. Matçın sonlarında 6 müdafiəçi ilə oynadıq. İstəmirdim ki, futbolçularımızın əziyyəti boşa getsin. Rail Məlikovun iki epizodda kritik müdaxilələləri göstərdi ki, düzgün qərar vermişəm".