1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" tarixi "100-lük"də! - SİYAHI
UEFA Çempionlar Liqası tarixinin reytinq siyahısı açıqlanıb.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, 1955-ci ildən başlanan siyahıda "Qarabağ" klubu 33 xalla 100 pillədə qərarlaşıb. Ağdam təmsilçisi qitənin bir nömrəli turnirində 5 dəfə iştirak edib.
Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Çempionlar Liqasında təsnifat mərhələləri daxil olmaqla 30 oyun keçirib. "Köhlən atlar" bu matçların 11-də qələbə qazanıb, 11-də isə heç-heçə edib. Son ölkə çempionu 8 görüşdə meydanı məğlub tərk edib.
Azərbaycanın digər klublarına gəlincə, "Neftçi" 167-ci, "Bakı" 265-ci, "Keşlə" 290-cı, "Şəmkir" 389-cu, "Kəpəz" 390-cı, "Xəzər Lənkəran" isə 415-ci pillədə qərarlaşıb.
Siyahıya 590 xalla İspaniya "Real Madrid"i başçılıq edir. Almaniya "Bavariya"sı 462 xalla ikinci, İspaniyanın digər klubu "Barselona" isə 427 xalla 3-cü yerdədir. Siyahıda 513 komanda yer alıb.