İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu Turindəki "Recina Margerita" adlı uşaq klinikasında olub.
Sportnet.az VecchiaSignora"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu yeni il hədiyyələri təqdim edib. O, uşaqlar və valideynləri, habelə, xəstəxana əməkdaşları ilə söhbət edib. 33 yaşlı forvardı rəfiqəsi Corcina Rodriges müşayiət edib.
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a bu yay İspaniya "Real Madrid"indən 117 milyon avroya keçib. O, cari mövsümdə 17 oyuna 3-ü penaltidən olmaqla, 11 qol vurub və 5 məhsuldar ötürmə verib. Ronaldunun İtaliya klubu ilə müqaviləsi 2022-ci ilin yayınadək qüvvədədir.17 turdan sonra "Yuventus" 49 xalla 1-ci pillədə yer alıb.