1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qanalı futbolçular klublarımızın yolunu gözləyir
Türkiyəli menecer Mehmet Ali Gürboğa Qananın "Sondisko” klubunun 22 futbolçusunu satmaq üçün Türkiyənin Antalya bölgəsinə gətirib.
Sportnet.az "İhlas” agentliyinə istinadən xəbər verir ki, 19 – 24 yaşlı oyunçular qış transfer dönəmində Türkiyə təmsilçiləri ilə yanaşı, təlim-məşq toplanışı üçün Antalyaya səfər edəcək xarici klublara təklif olunacaqlar. Üç ay öncə Aralıq dənizi sahillərinə gələn afrikalı futbolçular həftədə 3 dəfə məşq etməkdən başqa, formalarını qorumaq üçün yoxlama matçlarında qüvvələrini sınayırlar.
Gürboğanın sözlərinə görə, Antalyanı bir çıxış qapısı kimi görən qanalıların məqsədi özlərinə sərfəli klub tapmaqdır: "Onlar Rusiya, Qazaxıstan, Azərbaycan, Almaniya, Belçika, Fransa kimi ölkələrin fərqli komandalarına getməyə çalışacaqlar. İstedadlı və ucuz olan bu futbolçular klublara qazanc gətirə bilərlər. İstənilən klubun nümayəndəsi onların məşqini izləyə və ya yoxlama görüşündə sınaya bilər”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandanın hamısı yanvarda Antalyada təlim-məşq toplanışında olacaq. Ümumilikdə, dünyanın müxtəlif yerlərindən 1500-ə yaxın komandanın hazırlıq keçmək üçün bu bölgəyə gələcəyi gözlənilir.