1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yenə O
2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına İngiltərənin "Liverpul" klubunun misirli yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb.
Sportnet.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Salah Seneqalın paytaxtı Dakarda keçirilmiş təntənəli mərasim zamanı ən yaxşı futbolçu elan olunub.
Misir yığmasının hücumameylli yarımmüdafiəçisi bu mükafat uğrunda mübarizədə seneqallı həmklubu Sadio Mane və "Arsenal"ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanqı qabaqlayıb.
26 yaşlı Salah ardıcıl ikinci il Afrikanın ən yaxşı futbolçusu üçün mükafata layiq görülür. Mane və Obameyanq isə ötən il də ilk "üçlüy"ə daxil idi.
Qeyd edək ki, Məhəmməd Salah 2018-ci ildə 36 oyuna 32 qol vurmaqla İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub. Cari mövsümdə o, 13 qolla bombardirlər yarışında üçüncü yerdə qərarlaşıb.