İtaliya Kubokunun 1/4 final oyununda "Fiorentina" "Roma"nı qəbul edib.
Sportnet.az-ın məlumatına görə, Florensiyadakı "Artemio Franki" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:1. "Fiorentina"nın qollarından 3-nü məşhur italiyalı futbolçu Enriko Kyezanın oğlu Federiko Kyeza (dəq. 7; 18; 74), 2-ni İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni Simeone (dəq. 79; 89), eləcə də Luis Muriel (dəq. 33) və Marko Benassi (dəq. 66) vurub. "Roma"dan isə Aleksandar Kolarov (dəq. 28) fərqlənib. 72-ci dəqiqədə baş hakim paytaxt təmsilçisinin hücumçusu Edin Cekoya birbaşa qırmızı vərəqə göstərib.
Qeyd edək ki, "Fiorentina"nın yarımfinaldakı rəqibi "Yuventus" - "Atalanta" cütünün qalibi olacaq.