
Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" matçından öncə gərgin anlar yaşanıb.
Sportnet.az-ın məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmadan əvvəl hər iki tərəfin azarkeşləri arasında dava düşüb. Nəticədə olaylara polislər müdaxilə etməli olub. Asayiş keşikiləri dava edən azarkeşlərin üzərinə bibər qazı sıxıb. Hətta onlardan bəziləri həbs edilərək polis bölməsinə aparılıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1 (sport7.az).