Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun rəmzi komandası müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandada "Səbail" və "Sabah"dan 3, "Qarabağ"dan 2, "Neftçi", "Sumqayıt" və "Qəbələ"dən isə hərəyə 1 futbolçu yer alıb. "Sabah"ın hücumçusu Marko Deviç 6-cı, "Qəbələ"nin forvardı Stiven Jozef-Monroz 4-cü dəfə "11-liy"ə seçilib. Debütantın digər oyunçusu Cavid İmamverdiyev, "Qarabağ"dan Dani Kintana və "Neftçi"dən Kiril Petrov 3-cü dəfə heyətdə yer alıblar.
"Səbail"dən Kevin Kubemba və "Qarabağ"dan Donald Gerye ikinci, Aleksandr Rıbka, Elvin Yunuszadə (hər ikisi "Səbail"), Aleksey İsayev ("Sumqayıt") və Elgün Nəbiyev ("Sabah") isə ilk dəfə rəmzi komandaya düşüb.
Qapıçı: Aleksandr Rıbka (“Səbail”)
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”), Kiril Petrov (“Neftçi”), Elvin Yunuszadə (“Səbail”), Elgün Nəbiyev (“Sabah”)
Yarımmüdafiəçilər: Cavid İmamverdiyev (“Sabah”), Kevin Kubemba (“Səbail”), Aleksey İsayev (“Sumqayıt”), Dani Kintana (“Qarabağ”)
Hücumçular: Marko Deviç (“Sabah”), Stiven Monroz (“Qəbələ”)
Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.