Rusiyanın Tver rayon məhkəməsi “Zenit”in hücumçusu Aleksandr Kokorinlə “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevin həbs müddətinin uzadılmasına dair qərar qəbul edib.
Sportnet.az xəbər verir ki, sözügedən futbolçular ən azı bu il aprelin 8-dək həbsxanada qalacaqlar. Analoji qərar Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitski barədə də qəbul olunub.
Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.