Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.
Qeyd edək ki, Yurçeviçin Azərbaycan millisinin baş məşqçi postuna namizəd olmasını xəbərini ilk dəfə "Report" yazıb.