İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi və Serxio Buskets birlikdə oynadıqları oyunların sayına görə "Elklassiko"da rekord müəyyənləşdiriblər.
Sportnet.az xəbər verir ki, İspaniya Kubokunun yarımfinal mərhələsində "Real Madrid"ə qarşı oynanılan cavab matçı bu iki komanda yoldaşı üçün sayca 35-ci olub.
Əvvəlki rekord Messi və Andres İnyestaya məxsusdur. Onlar "kral klubu"na qarşı 34 oyun keçiriblər.
İki komanda arasında yarımfinal mərhələsinin cavab oyunu "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda 1:1 hesablı nəticə qeydə alındığından, Kataloniya klubu finala vəsiqə qazanıb.