Juan Lopeteqinin yerinə təyin olunan Santiaqo Solari İspaniya mətbuatının təpkisini çəkib
Sportnet.az-ın məlumatına görə, "Real"ın baş məşqçisi Solari komandanın bu gün keçirdiyi məşqin ardından azarkeşlərin qəzəbinə tuş gəlib. Belə ki, 42 yaşlı çalışdırıcı klub bazasından ayrılarkən bir qrup azarkeşin orada olduğunu görüb. Azarkeşləri görən gənc mütəxəssis dərhal geri dönərək, onlardan qaçıb. Solarinin bu hərəkəti idman mətbuatı tərəfindən sərt tənqid olunub.
Qeyd edək ki, fevralın 28-si "Real" doğma meydanda İspaniya kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Barselona"ya 0:3 hesabı ilə məğlub olub.