Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2018/2019 mövsümü üçün ümumilikdə 197 futbolçu sifariş veriblər.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın 2018-ci il Hesabatında bildirlir. Rəsmi sənədə əsasən, 2017/2018 mövsümü ilə müqayisədə, azərbaycanlı oyunçuların sayında artım olub. Bu göstərici 119 nəfərdən 130 nəfərə yüksəlib. Legioner sayı isə 66-dan 67-yə çatıb.
Qeydiyyata alınan 197 futbolçudan 124-ü 2017/2018 mövsümdə də Premyer Liqada çıxış edənlərdir. Əsasən legionerlərdən ibarət yeni oyunçuların sayı 32 nəfərdir.
Əvvəlki mövsüm xaricdə oynayan və ya rəsmi yarışlara qatılmayan 15 oyunçu var. 14 nəfər I Diviziondan, 12-si isə əvəzedici heyətdən gələnlərdir.
Qeyd edək ki, 2018/2019 mövsümü üçün 33 məşqçi sifariş olunub.