I Divizionda XV turdan təxirə salınmş oyun keçirilib.
Sportnet.az xəbər verir ki, "Qarabağ-2" "Zirə-2" ilə üz-üzə gəlib. Qarşılaşma Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində iki qolu Qurban Qurbanovun oğlu Musa Qurbanlı 76 və 82-ci dəqiqələrdə fərqlənməklə iki qol vurub. Digər iki qola isə Xaqani Sadıxov və Elvin Cəfərquliyev imza atıb.