"Sumqayıt" komandası Azərbaycan Premyer Liqasının XX turunun "Neftçi" ilə bugünkü matçına 2 itki ilə çıxacaq.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar zədəli Şəhriyar Əliyevlə Əmir Ağayevdir. Onlar oyunöncəsi son məşqdə iştirak etməyiblər. XVIII turda "Keşlə" ilə səfər matçında xəsarət alan Ağayev 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. "Neftçi" ilə Azərbaycan Kubokunun ilk 1/4 final matçında ağır zədələnən Əliyev isə daha uzun müddətə sıradan çıxıb. Onlar müvafiq olaraq, qış və yay transfer dönəmlərində heyətə cəlb ediliblər.
Qeyd edək ki, "Kapital Bank Arena"da təşkil olunacaq “Sumqayıt” – “Neftçi” qarşılaşması saat 16:30-da başlanacaq.