"Komandanın oyunundan tam razı qaldım. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Bu cür futbolçularım olduğu üçün fəxr edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XX turunda "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
54 yaşlı mütəxəssis bildirib ki, "Sumqayıt" hesabı açdığı epizodda müdafiəçi Mamadu Mbocla qapıçı Səlahət Ağayev arasında anlaşmazlıq yaşanıb: "Buna rəğmən, Mboc özünü toparladı və lazımi qolu vurdu. İlk pillədə qərarlaşmağımızın psixoloji baxımdan bizə mənfi təsir etdiyini deməzdim. Bu gün qələbəni qeyd edəcəyik, sabahdan isə növbəti oyunlara hazırlaşacağıq. Vaxtımız azdır".