
“Sumqayıt” Azərbaycan çempionatlarında 350-ci qolu buraxıb.
Sportnet.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının XX turuna təsadüf edib.
“Neftçi” ilə ev matçında (1:2) qonaqların vurduğu ikinci top “Gənclik şəhəri” təmsilçisinin Premyer Liqada qapısında gördüyü 350-ci qol kimi yadda qalıb.
Bu topun müəllifi Ömər Buludov olub. 2011/12 mövsümündən güclülər sırasında mübarizə aparan “Sumqayıt” 350-ci qolu 244-cü matçda buraxıb.