
"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXI turunda "Qəbələ" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bildirib...
- Bizə lazım olan nəticə olmadı. "Qarabağ"la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmağa çalışırdı. İlk hissədə bir neçə təhlüəli vəziyyətimiz olsa da, bunları qola çevilə bilmədik. İkinci hissədə qol istəyimizə çatdıq. Top buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Bu gün 1 xalla kifayətlənsək də, bununla futbol bitmir.
- Motivasiya bu gün çox yaxşı idi. Bəs qələbə üçün nə çatmadı?
- Sonadək mübarizə apardıq ki, qələbə qazanaq. Bəzən təhlükəli vəziyyətlərdə bəxtimiz gətirmədi.
- Canluka Sansone - Mirabdulla Abbasov əvəzetməsinə görə peşman oldunuz? Yəni, iki hücumçu ilə oynaya bilərdiniz...
- Əlbəttə, bunu istəyirdim. Gördüm ki, Sansone çox yorğun görünür. Artıq enerjisi bitirdi. Həm də ayağında problem vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum.
- Qış fasiləsindən sonra "Neftçi"nin arxa xəttində kobud səhvlər olur ki, nəticədə qollar buraxıb xal itirirsiniz. Bunun üzərində xüsusi işləməyi düşünürsünüz?
- Futbolda belə anlaşmazlıq olur. Bilsəydim ki, bu, səhvdir, üzərində işləyərəm. Ani epizod idi. Bir epizoda görə futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz.
- Səlahət Ağayevin səhvi bağışlanmaz idi, yoxsa..?
- O, səhv deyil, futbolçularımız arasında anlaşmazlıq oldu. Hər ikisi yüzdəyüz əmin olaraq belə düşüncə ilə topu götürməyə getməli idi.
- "Qarabağ"la xalların bərabərləşməsi komandanın əhvalına mənfi təsir edəcəkmi?
- Xalalrın bərabər olması hər iki komandanın ziyanınadır. Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi "Qarabağ"la xallarımız bərabər olsa da, 1-ci yerdə yenə bizik.