Bu gün “Neftçi” və "Bakı" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatından 1 il ötür.
Sportnet.az-ın məlumatına görə, Hacıyev uzun sürən xəstəlikdən sonra 60 yaşında vəfat edib. Mərhum Keşlə qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı" və "Neftçi" klublarını çempion edib, flaqmanı Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.
Allah rəhmət eləsin!
https://youtu.be/CjXXYFQu6w8 #Neftçi #GüclüOlaqGücOlaq #BizNeftçiyik