"Bizi çox gərgin oyun qrafiki
gözləyir. Noyabrda həm ölkə daxilində, həm də avrokubokda ağır oyunlarımız
olacaq". Bu sözləri Fransa
mətbuatına açıqlamasında Azərbaycanın "Qarabağ"
klubunun Avropa Liqasındakı rəqibi olan Fransanın "Sent-Etyen"
komandasının baş məşqçisi Kristof Qaltye deyib.
48 yaşlı mütəxəssis
komandasının belə sıx və gərgin qrafik dönəmindəki son
oyununu "Qarabağ"a qarşı keçirəcəyini xüsusi vurğulayıb. Bununla
belə, Qaltye komandasının bu oyunlara hazır olduğunu söyləyib: "Biz bu ay
bəzən bir həftədə 3 oyun keçirəcəyik. Ardıcıl olaraq, "Lill",
"İnter", "Monako", "Nant", "Lion" və
"Qarabağ" kimi güclü rəqiblərlə ağır oyunlarımız olacaq. Çalışmalıyıq
ki, bu dönəmdə bacardığımız qədər çox xal toplayaq. Bunun çətin olacağını
dərk edirik. Lakin futbolçularımız bu qrafikdə oynamağa hazırdırlar. Fikrimcə,
oyunlara fərdi yanaşmaq lazımdır. İndi bütün diqqətimiz bu axşam
"Lill" ilə keçirəcəyimiz oyuna yönəlib".
Qeyd edək ki,
Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"
noyabrın 27-də "Sent-Etyen"lə səfərdə qarşılaşacaq. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |