1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin futbolçusu Prosineçkini təriflədi
Azərbaycanda Xorvatiyaya çox hörmət edirlər. Bunun da səbəbi Robert Prosineçkidir". Sportnet.az xəbər verir ki, bunu Xorvatiya mətbuatına açıqlamasında "Neftçi"nin futbolçusu Qoran Paratski deyib.
Xorvatiyalı yarımmüdafiəçi Nikola Yurçeviçin Azərbaycan millisinə baş məşqçi təyin olunmasında Prosineçkinin rolunu qabardıb: "O, buradakı yaxşı işi ilə bütün qapıları açdı. Hamı Prosineçki haqda müsbət fikirlər səsləndirir və deyir ki, milli komanda onun rəhbərliyi altında daha yaxşı oynayırdı. Yığmanı yenidən xorvatiyalı mütəxəssisə tapşırmalarının əsas səbəblərindən biri də budur".
Paratski millinin heyətində Xorvatiya üçün ən təhlükəli futbolçunun adını da açıqlayıb. 32 yaşlı oyunçunun fikrincə, bu, "Neftçi"dəki komanda yoldaşı Mirabdulla Abbasovdur: "Klubumuzun kapitanı Ruslan Abışov təcrübəli müdafiəçi olsa da, zədə səbəbindən uzun müddətdir oynamır".
Bu gün keçiriləcək Azərbaycan - Xorvatiya oyununa proqnoz verən təcrübəli orta sahə oyunçusu Azərbaycandakı həyatından da danışıb: "Hesabın 2:0 Xorvatiyanın xeyirinə olacağını düşünürəm. Bakı hər şeyin olduğu gözəl şəhərdir. Buranı çox sevirəm. Amma Premyer Liqanın səviyyəsi, rəqabət Xorvatiya çempionatı ilə müqayisədə zəifdir".
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq (matc.az).