
“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində 16-cı oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi CONCACAF Milli Liqasında Haiti – Kuba matçının start heyətində yer alıb və 55-ci dəqiqədə əvəzlənib. Görüş Mustivarın komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
"Neftçi"nin digər orta sahə oyunçusu Mamadu Kane isə 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının heyətində növbəti oyununa çıxıb. U-23 Afrika Millətlər Kubokunda Seneqal yığması ilə qolsuz nəticələnən səfər matçında 90 dəqiqə meydanda olub. 22 yaşlı futbolçu komandasının növbəti mərhələyə adlamasında pay sahiblərindən olub.
Qeyd edək ki, bu, komandalar arasında keçirilmiş və qvineyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnmiş ilk görüşdə də Kane əvvəldən sonadək mübarizə aparıb.