
"Çox maraqlı oyun oldu. Qalib gəlmək üçün Xüsusən ilk yarıda komandamız daha yaxşı təsir bağışladı. Bunun üçün əlverişli imkanlar da yaratdıq. İkinci hissədə bir çox oyunçu dəyişikliyindən sonra ritm itdi. Amma qalib gəlməyə daha layiq komanda biz idik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib. 53 yaşlı mütəxəssis AVRO-2020-nin qarşıdakı seçmə oyunlarında xal qazana biləcəklərinə inam ifadə edib: "Hesab edirəm ki, daimi start heyəti üçün 13-14 futbolçu arasından seçim edəcəyik. Ümid edirəm ki, Macarıstan və Slovakiya ilə növbəti ev oyunlarımız daha yaxşı alınacaq və hazırlıq üçün vaxtımız da kifayət qədər olacaq. Ümid edirəm ki, lazımi hazırlıq keçdikdən sonra xallar ala biləcəyik".