
"Meydanda yaxşı işlədik. Baş məşqçinin tapşırıqlarına əməl etdik və təhükəli vəziyyətlər yaratdıq".
Sportnet.az xəbər verir ki, bunu Litva yığmasının qapıçısı Cüqas Barktus Bakıda Azərbaycan milli komandası ilə keçirdikləri yoldaşlıq görüşü barədə danışarkən deyib. Meydana ikinci hissədə daxil olmuş İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunun qolkiperi qol buraxmamalarına diqqət çəkib: "Rəqibi daha aqressiv qarşılamağa çalışdıq, oyun intizamına əməl etdik və qol buraxmadıq".
Qeyd edək ki, Cüqas Bartkus "Bakcell Arena"dakı qarşılaşmanın 46-cı dəqiqəsində Emiliyus Zubası əvəzləyib.