
“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni Hakan Sünal icra edəcək. Bununla əlaqədar martın 29-da “Kapital Bank Arena”nın mətbuat konfransı zalında təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.