"Yaxşı oynadıq. Qələbə qazanmağa çalışırdıq. Bunun üçün əlimizdən gələni etdik və çox şadam ki, buna nail olduq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mamadu Kane səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. Qvineyalı yarımmüdafiəçi bildirib ki, qalib gələcəklərinə öncədən inanıb: "Yaxşı komandamız var, bir ailə kimiyik. Əhval-ruhiyyə də yüksək səviyyədədir. Rahat idim, 3 xal qazanacağımıza inanırdım. Bu tempdə davam etsək, növbəti oyunlarda da qalib gəlib, çempion olacağıq”.