
"Səbail"in yeni transferi Maykl Essyen Azərbaycan Premyer Liqasında debüt edib.
Sportnet.az-ın məlumatına görə, qanalı yarımmüdafiəçi "Sabah" komandası ilə səfər matçında meydana çıxıb. 64-cü dəqiqədə oyuna daxil olan Essyen Yevgeni Koçuku əvəzləyib. Həmin vaxt hesab bərabər olub - 1:1.
Lakin 66-cı dəqiqədə Cavid İmamverdiyev, 69-cu dəqiqədə Vanderson fərqlənərək, "Sabah"ı önə çıxarıb.