Sadio Tounkara “Zirə”nin heyətində Azərbaycan Premyer Liqasında 5-ci qolunu vurub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, malili yarımmüdafiəçi XXV turun “Qəbələ” ilə səfər oyununda fərqlənib. 2017-ci il oktyabrın 21-də “Sumqayıt”la rəqib meydanındakı görüşdə (1:2) özünün qol hesabını açan legioner “5”ə 35-ci oyunda çatıb. O, ötən mövsümün 16 matçında üç, cari çempionatın 19 qarşılaşmasında iki dəfə qol sevinci yaşayıb.
Tounkara “qartallar”ın Premyer Liqadakı ən məhsuldar 11 futbolçusu sırasında yer alıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Luis Alberto Diezə çatan orta sahə oyunçusu bombardirlər siyahısında 7-ci yerə şərikdir. Cədvələ 14 qol vuran Nelson Bonilya başçılıq edir.