Azərbaycan klublarında çıxış edən bir çox futbolçu "Formula 1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq göstərib.
Sportnet.az-ın AutoCity.az-a istinadən məlumatına görə, onlar Qran-prini və yarışsonrası konsertləri izləyiblər. Onların arasında "Qarabağ"ın legionerləri xüsusən fərqlənib. Polşalı müdafiəçi "Williams"da çıxış edən həmyerlisi Robert Kubitsaya azarkeşlik edib.
Onunla bərabər komanda yoldaşları Filip Ozobiç, İnnosent Emeqara və "Sabah" komandasında yer alan ukraynalı hücumçu Marko Deviç Qran-priyə "Hilton" otelinin yuxarı mərtəbəsindən baxıblar.
Axşam konsertinə isə "Qarabağ"ın müdafiəçisi Donald Gerrye və braziliyalı milliləşmiş yarımmüdafiəçi Riçard Almeyda xanımları ilə birgə qatılıblar. Onlar "Crystal Hall"da Cardi B-nin konsertini VIP sektordan izləyiblər.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas olub.