
Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, bu qərar hər iki klubun Peşəkar Futbol Liqasına müraciəti əsasında verilib. Görüşün start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da çalınacaq.
Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.