İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Bakıda "Çelsi" ilə keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl azərbaycanlı azarkeşlərə müraciət edib.
Sportnet.az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçi şəxsi "Twitter" hesabında finala bir həftənin qaldığını xatırladıb. "Biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək" yazan Özil 2018-ci il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan və paytaxt gəzintisindən fotolarını paylaşıb.
Qeyd edək ki, final matçı mayın 29-da eyni arenada təşkil olunacaq.