
Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.
Spornet.az-ın məlumatına görə, mütəxəssislər baxışdan sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.
Xatırladaq ki, mayın 29-da İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.