
İngiltərənin "Çelsi" klubunun futbolçusu David Luis Bakıda "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının final matçından sonra təqdirəlayiq davranışı ilə seçilib.
Sportnet.az-ın məlumatına görə, mükafatlandırma mərasimi zamanı meydana azyaşlı fanat girib. Onu stüardlar tutub meydandan kənarlaşdırmaq istəyiblər. Braziliyalı müdafiəçi isə azarkeşi stüardların əlindən alıb.