Türkiyənin "Beşiktaş" komandası üç əcnəbi futbolçusu ilə yollarını ayırmaq istəyir.
Sportnet.az "Takvim"ə istinadən xəbər verir ki, bunlar portuqaliyalı Rikardu Kuarejma, hollandiyalı Cermeyn Lens və çilili Qari Medeldir.
İstanbul təmsilçisinin yeni baş məşqçisi Abdullah Avcının hər 3 legioneri heyətdə görmək istəmədiyi bildirilir. "Ağ-qaralar" bu futbolçuların satışından əldə olunacaq gəlirlərlə yeni futbolçular almağı planlaşdırır. Baş məşqçi kanadalı hücumçu Kayl Larinin də icarəyə verilməsini istəyib.
Qeyd edək ki, Rikardu Kuarejma bu gün gənclər və idman naziri Azad Rəhimovla görüşüb.