Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" baş məşqçisi Sərgən Yalçınla yollarını ayırıb.
Sportnet.az "Haber7"ə istinadən xəbər verir ki, klub rəhbərliyi 47 yaşlı mütəxəsisllə yeni müqavilə barədə razılığa gələ bilməyib.
Qeyd edək ki, Sergen Yalçın ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunub. "Alanyaspor" çempionatı 44 xalla 9-cu pillədə başa vurub.