
Gələn mövsüm UEFA Çempionlar Liqasının oyunlarında istifadə olunacaq yeni topun görüntüləri yayılıb.
Sportnet.az-ın məlumatına görə, həmin top da "Adidas" istehsalıdır. Onun üzərindəki ulduzlar ağ rəgdədir, ətrafında isə müxtəlif rəngli naxış əksini tapıb.
Qeyd edək ki, 2018/2019 mövsümündə Çempionlar Liqasının qalibi finalda "Tottenhem"ə 2:0 hesabı ilə qalib gələn İngiltərə "Liverpul"u olub.