
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Konqo əsilli fransalı hücumçu Kevin Kubemba ilə 2 illik müqavilə bağlanıb.
26 yaşlı forvard karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın MOİK (Sofiya) komandalarının şərəfini qoruyub. O, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib.
Hücumçu Konqo millisində 3 oyun keçirib.