
AVRO-2020 seçmə mərhələsində keçirilən Azərbaycan - Macarıstan matçı bir dəqiqəlik sükutla başlayıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmadan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub.
Qeyd edək ki, Lennart Yuhansson 82 yaşında dünyasını dəyişib. İsveçli funksioner Avropa futbol qurumuna 1990-2007-ci illərdə rəhbərlik edib. Yuhansson bu vəzifədə ən uzun müddət qalan şəxs olub. O, 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub. Yuhansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti olub. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.