
"Pis oynadıq və uduzduq. Deməyə söz tapmıram".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra CBC Sport-a açıqlamasında deyib. Onun sözlərinə görə, qalan oyunlarda vəziyyəti düzəltmək lazımdır: "Yeni baş məşqçi Nikola Yurçeviçlə təzəcə işləməyə başlamışıq. Ümid edirəm ki, daha yaxşı çıxış edəcəyik. Hələ paltardəyişmə otağında olmamışam. Nə dediyini bilmirəm".
Qeyd edək ki, Ramil Şeydayev 29-cu dəqiqədə Azərbaycan yığmasının vurduğu yeganə qolun müəllifi olub.