
Avropa
Liqasının qrup mərhələsi qarşılaşmasında "Feyenord” – "Riyeka” matçından öncə
azarkeşlər UEFA-nın bayrağını dəyişdiriblər. Sportnet.az-ın məlumatına görə,
yerli fanatlar stadiona daxil olaraq UEFA-nın bayrağının yerinə başqa bayraq
yerləşdiriblər.
Belə
ki, azarkeşlər stadionda asılı olan UEFA bayrağını çıxararaq, üzərinə "UEFA-mafiya”
yazılı başqa bayraq asıblar. Klub rəhbərliyi fanatların bu hərəkətinə etiraz
edib.
Qeyd edək ki, bu "Feyenord” klubunun azarkeşlərinin birinci hərəkətləri deyil. 2012-ci ildə də fanatlar Kiyev "Dinamo”suna qarşı oyunda da bu cür hərəkət ediblər.