Braziliya və Argentina yığmaları Amerika Kubokunun ilk yarımfinal oyununda qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Braziliyanın Belu-Orizenti şəhərində keçirilmiş oyun təşkilatçı ölkənin qələbəsi ilə yekunlaşıb 2:0.
Hesab 19-cu dəqiqədə açılıb. Hücumçu Qabriel Jezus Roberto Firminonun ötürməsini qola çevirib. İkinci qola isə 71-ci dəqiqədə Roberto Firminonun özü vurub.
Beləliklə, Braziliya Amerika Kubokunun ilk finalçısı olub. Digər yarımfinalda Çili və Peru milliləri görüşəcək.