
“Neftçi” klubu futbolçu Namik Ələskərovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək "ağ-qara" formanı geyinəcək.
Qeyd edək ki, Namik Ələskərov 2016 - 2019-cu illərdə “Neftçi”nin heyətində 70 oyuna çıxıb, 12 qol vurub.