
"Sperantsa" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Moldovaya yollanan "Neftçi" komandası paytaxt Kişinyova çatıb.
Sportnet.az-ın Kişinyova ezam olunmuş əməkdaşının məlumatına görə, kollektivi gətirən təyyarə Bakı vaxtı ilə saat 22:55-də yerli Hava Limanına eniş edib. Flaqman öncə Bakıdan Türkiyənin İstanbul şəhərinə, oradan isə Moldovaya yola düşüb.
Səfərə çıxanlar arasında Baqali Dabo və Soni Mustivar da olub. Lakin onlar ilk matçda meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək "Sperantsa" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.