Rumıniyanın Krayova şəhərində "Universitatya" və "Səbail" arasında keçirilən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda azərbaycanlı azarkeşlər də izləyir.
Sportnet.az-ın matça ezam olunmuş əməkdaşı xəbər verir ki, "İon Oblemenko" stadionunda Avropada fəaliyyət göstərən "Milli Dəstə" fan-klubunun 20-dək üzvü iştirak edir. Onların arasında xanımlar da var.
Ümumilikdə isə tamaşaçı marağı elə də yüksək deyil. 30 mindən çox tamaşaçı tutumuna malik arenanın yarısı belə dolmayıb.
Qeyd edək ki, hələlik hesab bərabərdir - 0:0. Bakıdakı ilk matçda isə "Universitatya" qalib gəlib - 3:2.