İspaniya "Sevilya"sının baş məşqçisi Xulen Lopetegi UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib. Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: "APOEL Çempionlar Liqasının son yarımfinalçısı Hollandiya "Ayaks"ına müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdir və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdur".
Qeyd edək ki, Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda APOEL "Düdelanj"ı, "Qarabağ" "Sevilya"nı qəbul edəcək.