Azərbaycan və Xorvatiya milli komandaları arasında keçiriləcək AVRO-2020-nin seçmə matçının hakim təyinatında dəyişiklik edilib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Sladan Yosipoviçin səhhətində problem yarandığı üçün yan xətt hakimi funksiyasını Alen Hayniger yerinə yetirəcək.
9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Sandro Scharer
Baş hakimin köməkçiləri: Stephane De Almeida, Alain Heiniger
Dördüncü hakim: Fedayi San
(Hakimlər briqadası İsveçrədəndir)
"Bakcell Arena"






































































