Xorvatiya yığmasının Azərbaycan millisi ilə AVRO-2020-nin seçmə oyunundan əvvəl "Bakcell Arena"dakı məşq zamanı insident baş verib.
Sportnet.az-ın "Jutarnji List"ə istinadən məlumatına görə, tribunada bir neçə nəfərin yer alması qonaq komanda rəsmilərinin xoşuna gəlməyib. Təhlükəsizlik üzrə komissar Miroslav Markoviç onlara yaxınlaşaraq məşqin qapalı olduğunu xatırladıb.
Bugünkü matçda Xorvatiya millisini 500-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyun saat 20:00-da başlanacaq.