İngiltərənin "Mançester Yunayted" klubu əsas qapıçısı David de Xea ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az "Mirror"a istinadən xəbər verir ki, 29 yaşlı qolkiper 2023-cü ilin iyununadək nəzərdə tutulan sözləşməyə imza atıb. Onun həftəlik maaşı bonuslar da daxil olmaqla, həftəlik 400 min avro təşkil edəcək.
İspaniya millisinin də şərəfini qoruyan oyunçunun mövcud müqaviləsi 2020-ci ilin yayına qədər idi.
Qeyd edək ki, David de Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.