
“Səbail” və “Qəbələ” komandaları arasında Azərbaycan Premyer Liqasında 11-ci qarşılaşma bu gün gerçəkləşəcək.
Sportnet.az-ın məlumatına görə, V tura təsadüf edəcək qarşılaşma Bakıdakı “ASCO Arena”da gerçəkləşəcək.
2017-ci ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 8 dəfə Premyer Liqa, 2 dəfə Azərbaycan Kubokunda görüşüblər. “Qəbələ” bu oyunlarda 6 qələbə qazanıb. 2 dəfə heç-heçə edən “qırmızı-qaralar” eyni sayda məğlubiyyət alıb. Komandanın üstünlüyü top fərqində də əks olunub – 19:10. Baqali Dabo paytaxt təmsilçisini daha çox – 6 dəfə məyus edib. Famussa Kone və Ceyms Adeniyinin hesabında 3 qol var.
Ölkə çempionatlarındakı oyunlarda da “Qəbələ” üstündür. Əvvəlki 8 matçda 4 qələbə qazanan “qırmızı-qaralar” 2 dəfə meydandan bir xalla ayrılıbsa, 2 dəfə uduzub. 14 qol vuran futbolçular 8 top buraxıblar.
Qeyd edək ki, bu gün keçiriləcək matç saat 19:45-də başlayacaq.